ABŞ: "Kim Çen In nüvə silahından əl çəkməyə razıdır"

KXDR rəhbərliyi ABŞ administrasiyasına Kim Çen Inın Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair müzakirələr aparmağa hazır olduğunu bildirib.

APA TV-nin xəbərinə görə, bu barədə “The Wall Street Journal” nəşrinə ABŞ prezidenti administrasiyasının nümayəndəsi bildirib. Onun sözlərinə görə, ABŞ Kim Çen Inın Koreyanın nüvəsizləşdirilməsinə razılıqla bağlı təsdiq məlumatını alıb.

Məmur məsələ ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib. Hər iki ölkənin kəşfiyyat nümayəndələrinin iştirakı ilə aparılan danışıqların məxfi şəraitdə keçirildiyi qeyd olunur.

Müəllif | Apa.Tv
Apa.tv