Cəlilabadda qidadan zəhərlənən 3 qadın xəstəxanaya yerləşdirildi
Cəlilabadda üç nəfər qidadan zəhərlənib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.
Hadisə zamanı həmin kəndin sakinləri 21 yaşlı Abbasova Səbinə Nurəddin qızı, Nuriyeva Türkan Bəxtiyar qızı və Bayramova Zülfİyyə Bəxtiyar qızı ev şəraitində hazırlanmış qidadan zəhərlənib. Onlar halları pisləşdiyi üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qadınlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri qənaətbəxş hesab olunur.