ABŞ İranın aviabazasını bombaladı - ÖLƏNLƏR VAR
Suriyada İrana məxsus aviabaza bombalanıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Homs şəhərində yerləşən İranın T-4 aviabazasına 20-dən çox zərbə endirilib. Ölü və yaralıların olduğu bildirilir.
İran hökuməti aviahücumun ABŞ tərəfindən edildiyini vurğulasa da, Pentaqon bu fikirləri təkzib edib.
Donald Trampın keçən həftə "Əsəd hökuməti Şərqi Qutaya kimyəvi hücuma görə cavab verəcək" bəyanatından sonra bu addımın atıldığı güman edilir.
Aviabazada xidmət göstərən əsgərlər də təyyarələrin ABŞ-a məxsus olduğunu təsdiqləyib.