Lavrov: "Azərbaycan və Ermənistan bir-birinə inanmalıdır"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişə nail olmaq üçün tərəflər, 2011-ci il tarixli Kazan sammitindəki razılaşmalara əsaslanaraq, biri-birinə inamsızlıqdan imtina etməlidir. 

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

O deyib ki, həmin ideyalar "kağızda öz əksini" tapmalıdır: "Ən əsası hələ də danışıqlarda müşahidə olunan inamsızlıqdan imtina etmək və fikri kifayət qədər çox olan real, praqmatik ideyalar üzərində cəmləşdirmək gərəkdir".

 

Onun sözlərinə görə,  2011-ci il tarixli Kazan sammitinə xüsusilə də Minsk qrupu həmsədrləri tərəfindən hazırlıq işləri çox intensiv aparılmışdı: "Lakin artıq sammit vaxtı əlavə sual və şərhlər yarandı. Belə olur. Biz bundan faciə etmirik. İş davam etdiriləcək. Əminəm ki, "Kazan sənədi"ndə yer almış müddəaların əksəriyyəti bu gün də aktualdır".

Müəllif | Apa.Tv
Fərid Rəsulov