ABŞ-ın "öldürdüyü" Səddamın generalının sağ olduğu üzə çıxdı
ABŞ-ın öldürdüyünü iddia etdiyi İzzət İbrahim əl-Durinin sağ olduğu ortaya çıxıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Pentaqon Səddam Hüseynin sağ qolu hesab olunan İzzət İbrahim əl-Durinin öldürüldüyü barədə xəbər yaymışdı. Xəbərdə əl-Durinin 17 aprel 2015-ci ildə Səlahəddin şəhərində öldürüldüyü qeyd olunurdu.
Üç ildir barəsində heç bir xəbər olmayan və Səddamın sevimli generallarından sayılan əl-Durinin videosu "Facebook"da paylaşılıb.
BƏƏS partiyasının 71-ci ildönümü səbəbi ilə yayılan videoda İranın Yaxın Şərqdəki müdaxiləsini qınanıb, Səudiyyə Ərəbistandan yardım istənilib. Əl-Duri BƏƏS üzvlərinin azad olunmayacağı təqdirdə Bağdad hökumətinə müharibə elan edəcəyini deyib.