Rusiya Suriyadakı qüvvələrini döyüş vəziyyətinə gətirdi - ABŞ-A QARŞI

Rusiya ABŞ tərəfindən raket hücumuna və ya başqa müdaxiləyə qarşı Suriyada mövqelərini möhkəmləndirir.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyada yerləşən "S-400" hava hücumundan müdafiə sistemləri artıq aktivləşdirilib və döyüş vəziyyətinə gətirilib.

Rus hərbi təyyarələri - "MİQ-31"lər isə 24 saat ərzində uçuşlar həyata keçirməyə başlayıb.

 

Əsəd hökumətinə tabe olan 20-dən çox hərbi bazanın Pentaqon tərəfindən vurula biləcəyini nəzərə alan Rusiya bu bölgələrin təhlükəsizliyi üçün də tədbirlər görür.

 

Həmçinin rusiyalı mütəxəssislər Pentaqonun Aralıq dənizindən Əsəd qüvvələrini vurmağa cəhd edəcəyini də iddia edir.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov