Marta Dassu: ""Şahdəniz"in TAP-ı seçməsindən məmnunuq"

"Bakıda keçiriləcək mərasim çox vacibdir, çünki uzun və mürəkkəb bir prosesə yekun vurulur".

APA TV-nin xəbərinə görə, bu sözləri İtaliya xarici işlər nazirinin müavini Marta Dassu Xəzərin Azərbaycan sektorundakı “Şəhdəniz” qaz yatağının istismarının ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul olunması münasibətilə keçiriləcək tədbirlə bağlı açıqlamasında deyib. Onun sözlərinə görə, tədbirdə İtalyanı xarici işlər naziri Emma Bonino təmsil edəcək: "İtaliya Şahdəniz konsorsiumunun sırf TAP layihəsini seçdiyinə görə çox məmnundur. Bu nəinki İtaliya, həmçinin bütün Avropa üçün önəmli hadisədir. Bu qaz layihəsi Avropanın enerji baxımından təhlükəsizliyini təmin edəcək".

 

Azərbaycanın energetika naziri Natiq Əliyev Şahdəniz II layihəsinin Azərbaycanı tam başqa səviyyəyə gətirib çıxardığını deyib. Belə ki, Azərbaycanın Aİ və Avropa ölkələrinin enerji təhlükəsizliyində rolu artır: "Bu həm siyasi məsələdir. Ona görə ki Azərbaycan iqtisadiyyatının Avropa iqtisadiyyatına cəlb olunması deməkdir və ya bir yerdə işlənməsidir. İkinci tərəfdən Azərbaycana xeyirli bir projedir. Bunun üzərində Azərbaycan böyük bir qaz satıcısına çevrilir".

 

Natiq Əliyevin sözlərinə görə, bu layihənin reallaşdırılması yeni texnologiya, iş yerləri, infrastruktur imkanları açır. Layihə Abşeron, Naxçıvan, Babək, Ümid kimi layihələrə və Xəzərin o biri tayından qaz daşınmasında Bakının tranzit ölkəyə çevrilməsinə yol açacaq. 

Müəllif | Apa.Tv