Temperatur daha da yüksələcək, Bakıda mülayim külək əsəcək

Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 15-19 dərəcə, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında aprelin 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 18-23 dərəcə, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd