Ermənistanın yeni prezidenti and içdi
Ermənistanda yeni seçilmiş prezident Armen Sarkisyanın inauqurasiya mərasimi keçirilib.
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə İdman-konsert kompleksində Ermənistan parlamenti tərəfindən xüsusi mərasim təşkil olunub.
Qeyd edək ki, aprelin 2-də A.Sarkisyan ölkənin yeni prezidenti seçilib. O, ölkəsinin Böyük Britaniyada səfiri vəzifəsində çalışıb, əvvəllər Ermənistanın baş naziri olub.
2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən Ermənistan 2018-ci ilin aprelindən etibarən parlament idarəetmə üsuluna keçir. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.