Bakıda civə satmaq istəyən keçmiş məhkum tutuldu - ÜSTÜNDƏN TAPANÇA ÇIXDI

Paytaxtda civə satmaq istəyən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin yerli idarəsi və Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb.

 

25-ci PŞ-nin rəis müavini Azər Əfəndiyev bildirib ki, şöbədə üzərinə baxış keçirilən zaman satmaq istədiyi 585 qram civə, bir ədəd kustar üsulla hazırlanan tapança və 6 ədəd patron aşkar olunaraq götürülüb.

 

Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib.

 

Faktla bağlı zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv