Ruhani: "ABŞ nüvə razılaşmasını ləğv etsə, cəmi bir həftəyə..."
İran prezidenti Həsən Ruhani Donald Trampa xəbərdarlıq edib. APA TV-nin məlumatına görə, bu barədə İranın yerli telekanalları məlumat yayıb.
2015-ci ildə imzalanan nüvə razılaşması məsələsinə toxunan İran lideri ABŞ müqavilənin şərtlərindən birinci çıxacağı təqdirdə, cavablarının gözləniləndən də ağır olacağını deyib: "İran razılaşmanı ləğv edən ilk ölkə olmayacaq, ancaq Tramp bu addımı atarsa çox peşman olacaq. Müqavilənin ləğvindən bir həftə sonra bunun şahidi olacaqlar".
Xatırladaq ki, Rusiya, Türkiyə və İran arasında keçən həftə keçirilən zirvə görüşündə İran lideri ABŞ və İsrailin bu günə qədər gördükləri işlərdə heç bir uğura nail olmadıqlarını iddia edib.
O, İranın Suriya böhranının başlamasından etibarən bölgədə yerləşdiyini vurğulayıb. "İranın xəritəsi heç bir halda dəyişməməlidir. Bunu üçün də Suriyanın təhlükəsizliyi vacib məsələdir" - deyə, Həsən Ruhani bildirib.