Rusiya Türkiyədən tələb etdi: Afrini Əsədə təhvil ver!
"Türkiyə Afrinin nəzarətini Suriya hökumətinə verməlidir".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə məxsus qüvvələrin Afrində qalacağını heç vaxt söyləmədiyini bildirib: "Əməliyyatın sona çatmasından sonra Türkiyənin bu bölgənin nəzarətini Suriya hökumətinə verməsi lazımdır".