Rəsmi Berlin: Suriyada baş verənlərə görə Rusiya məsuliyyət daşıyır

Rəsmi Berlin Şərqi Qutaya hücumla bağlı açıqlama verib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyindən Bəşər Əsədin ünvanına sərt tənqidlər səsləndirilib.

Xatırladaq ki, Əsəd qüvvələrinin Şərqi Qutaya kimyəvi hücumu nəticəsində 75 nəfər həyatını itirib, 1000-dən çox insan zəhərlənib. Bəşər Əsəd hücumun müxalifət qüvvələri tərəfindən edildiyini bilirsə də, Almaniya hökuməti əllərində təkzibolunmaz faktların olduğunu bildirir.

Rəsmi Berlin baş verənlərə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib.  

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov