Samuxda 9 yaşlı oğlan kanalda boğuldu
Samuxda 9 yaşlı oğlan kanalda boğulub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Şəmkir Maşın kanalının Samux şəhəri ərazisindən keçən hissəsində baş verib.
Gəncə sakini, 2009-cu il təvəllüdlü Baxışov Kamran Xəyal oğlu kanalın kənarında oynayarkən ehtiyatsızlıq nəticəsində sürüşərək suya düşüb. 9 yaşlı oğlan kanalda boğulub.
Faktla bağlı araşdırma aparılır.