Rusiya və Türkiyə birjaları çökdü

Avro Türkiyə lirəsi və Rusiya rublu qarşısında kəskin bahalaşıb.

 

APA TV-nin Türkiyə və Rusiya mətbuatına istinadən məlumatına görə, avro 73 rubl səviyyəsini keçib. Son yarım il ərzində Russiya birjalarında avronun bu qədər yüksəlişi  baş verməmişdi. Hazırda valyuta bazarında 1 avro 73,04 rubl səviyyəsində təklif olunur.

 

2018-ci ilin başlanğıcında 59 rubl səviyyəsinə qalxan dollar da yüksəlişə davam edir.

 

Rusiyaya məxsus beynəlxalq şirkətlərin səhmləri də kəskin ucuzlaşır.

 

Mütəxəssislər rublun digər valyutalar qarşısında kəskin enişini ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə əlaqələndirir.

 

Analoji hal Türkiyə birjalarında da müşahidə olunur. Avro Türkiyə lirəsi qarşısında kəskin bahalaşıb. Bu gün səhər saatlarında valyuta bazarlarında 1 avro 5 lirə səviyyəsini keçib.

 

Dolların isə 4,0475 lirə səviyyəsinə yüksəldiyi qeyd olunur. Mütəxəssislərin fikrincə, dolların bahalaşması davam edəcək.

 


 

Müəllif | Apa.Tv
Elvin Bayramlı