Səudiyyədə milli opera yaradılır - VƏLİƏHD FRANSIZLARDAN YARDIM İSTƏDİ
Fransızlar Səudiyyə Ərəbistanında milli operanın yaradılmasına yardım edəcək.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, vəliəhd Məhəmməd bin Salman ölkəsində qərb dəyərlərinin yaradılması yolunda mühüm addımlar atmaqdadır.
Bu gün Fransada imzalanan müqavilə əsasında Paris Milli Operası Səudiyyə Ərəbistanın milli operanın yaradılmasına köməklik edəcək. Bunu Fransanın mədəniyyət naziri Françis Nissen bildirib və həmkarı Avvad al-Avvadla müqavilə imzalayıb.
Qeyd edək ki, Məhəmməd bin Salman Fransada səfərdədir.