Tramp: "Yaxın 24-48 saat ərzində Suriyadakı hücuma məsul ölkə bilinəcək"
Suriyanın Duma şəhərində həyata keçirilən kimyəvi hücumla bağlı rəsmi Vaşinqtonun hərbi variantları çoxdur.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
D.Tramp Suriyanın Duma şəhərində onlarla dinc sakinin həyatını itirməsinə gətirib çıxaran kimyəvi hücumun arxasında kimin dayanması ilə bağlı tez bir zamanda qərar veriləcəyini və bu istiqamətdə araşdırmalar aparıldığını söyləyib.
"Biz vəziyyəti çox yaxından izləyirik, hərbçilərimizlə və digər rəsmilərlə görüşürük. Qarşıdakı 24-48 saat ərzində çox mühüm bir qərar verəcəyik. Hücumun arxasında Rusiyanın, Suriyanın, yoxsa İranın dayandığını qısa bir müddətdən sonra öyrənəcəyik".
Qeyd edək ki, Suriyada fəaliyyət göstərən bir humanitar yardım təşkilatının açıqlamasına görə, Dumadakı hücumlarda ən azı 70 dinc sakin dünyasını dəyişib, mindən çox adam da yaralanıb.