Bəkir Bozdağ: "Siyasi böhrandan sonra Afrini tərk edəcəyik"

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ türk qoşunlarının Suriyanın Afrin şəhərindən çıxarılacağı vaxtı açıqlayıb.

APA TV-nin "Anadolu"ya istinadən verdiyi xəbərə görə, o bunu Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib:

"Biz ora işğalçı ölkə kimi getməmişik və Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq orada qalmaq niyyətimiz yoxdur. Afrini terrorçulardan təmizlədik, indi də minalardan təmizləmə işləri gedir ", - deyə baş nazirin müavini deyib.

Bozdağ, Suriyadakı siyasi böhran aradan qaldırıldıqdan sonra qoşunların oranı tərk edəcəyini və hakimiyyəti yerli hökumətə verəcəklərini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv