Hollandiya XİN: " Türkiyə, Rusiya, Çin və İrana gedərkən..."

Hollandiyanın Xarici İşlər Nazirliyi Türkiyə, Rusiya, Çin və İrana getməyə hazırlaşan vətəndaşlarına içərisində əhəmiyyətli məlumatlar və sənədlər olmayan mobil telefon və ya noutbuk aparmaları barədə xəbərdarlıq edib.

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, nazirlik bu ölkələrdəki smartfonların və kompüterlərin içərisindəki məlumatların üçüncü şəxslər tərəfindən oxunduğunu və surətinin çıxarıldığını bildirib.

Bildirilir ki, Hollandiya həmin ölkələrə səfər etməyə hazırlaşan vətəndaşlara təhlükəsizlik baxımından daha etibarlı olan yeni bir telefon verəcək.

Qeyd edək ki, ölkə rəhbərliyi Çinlə bərabər Rusiyanı da kibertəhlükəsizlik baxımından "çirkin niyyətli ölkə" elan edib.

Müəllif | Apa.Tv
Apa.tv