ABŞ hərbi gəmisi Suriya sərhədlərində - RUS TƏYYARƏLƏRİ HAVAYA QALXDI
ABŞ-a məxsus hərbi gəmi Suriya sərhədlərinə yaxınlaşıb.
APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, ABŞ-ın Cənubi Kiprdə yerləşən "Donald Kuk" adlı mina gəmisi limandan ayrılaraq Suriya sularına daxil olub.
Suriyanın yerli mətbuat orqanları yazır ki, Suriya sahillərinə 100 km məsafədə lövbər salan gəmidə 60 ədəd "Tomahauk" adlı raket başlıqları yerləşir.
Hərbi gəminin Suriya sahillərinə yaxınlaşması Rusiyanı hərəkətə keçirib. Rus hərbi təyyarələri xəbərdarlıq məqsədilə gəminin üzərindən uçuşlar ediblər.
Pentaqon isə gəminin limandan ayrılması və Suriyaya yaxınlaşması ilə bağlı sualları cavablandırmaqdan imtina edir.