Çindən ABŞ-a anlaşma mesajı - NEFTİN QİYMƏTLƏRİ QALXDI

Birjalarda ötən gündən başlayan bahalaşma davam edir.

 

APA TV-nin məlumatına görə, neftin dəyər qazanmasının əsas səbəbi kimi Çin prezidentinin açıqlaması göstərilir.

Si Tszinpin Asiya Boao Formundakı çıxışında ABŞ-la olan gərginliyə münasibət bildirərkən anlaşma mövqeyi sərgiləyib. O, eyni zamanda Çin iqtisadiyyatının daha da açıq olacağını deyib. Çinlə ABŞ arasında gərginlik dünya iqtisadiyyatının böyüməsinə mane olur. Nəticədə neftə tələbatın azalması qiymətləri ucuzlaşdırır. İki supergüc arasında münasibətlərin normallaşması isə qiymətlərə pozitiv təsir göstərən amil hesab edilir.

 

Birjaların səhər seanslarında "Brent" markalı neft 69,06 dollardan satılır. Bu təxminən 2 dollara qədər bahalaşma deməkdir. Qərbi Texas nefti də ciddi dəyər qazanıb. Hazırda 63,84 dollardan təklif olunur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı