ABŞ: BMT-nin qərarından asılı olmayaraq Suriyaya zərbələr endirəcəyik!

BMT Təhlükəsizlik Şurasının (TŞ) qərarı nə olur olsun kimyəvi hücuma cavab verəcəyik.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-ın qurumdakı daimi təmsilçisi Nikki Heyli deyib:

"Əsəd rejiminə zərbələr endiriləcək. Duma kəndində sığınacaqlarda gizlənən qadın və uşaqlar var. Suriya artıq qəbiristanlığa çevrilib".

 

Xatırladaq ki, BMT TŞ-da Suriyada Şərqi Qutaya edilən kimyəvi hücumdan sonra BMT TŞ-nın növbədənkənar iclası keçirilib.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı