Rusiyalı oliqarxlar milyardlar itirdi - SİYAHIDA AZƏRBAYCANLI DA VAR
ABŞ-ın sanksiyaları səbəbindən rusiyalı milyarderlər ötən gün fantastik itki ilə üzləşib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, son 24 saatda rusiyalı oliqarxların əlindən ümumilikdə 16 milyard dollar çıxıb.
Ən çox itki ilə "Nornikel" şirkətinin sahibi Vladimir Potanin üzləşib - 2,28 milyard dollar. "LUKoil" şirkətinin sahibi, azərbaycanlı iş adamı Vahid Ələkbərov isə sutkada 1,37 milyard dollarından olub.
Bundan əlavə, sanksiyalar səbəbilə "NLMK" qrupunun təsisçisi Vladimir Lisin 1,31, "Renova"nın sahibi Viktor Vekselberq 1,28 milyard, Gennadi Timçenko 1,15 milyard, "RusAl" industriyasının rəhbəri Oleq Deripaska isə 905 milyon dollar ilə vidalaşıblar.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi rus oliqarxların yer aldığı sanksiya siyahısını aprelin 6-da açıqlayıb.