ABŞ əvvəlcə Rusiya və İranın bazalarını vuracaq - HƏDƏFLƏR AÇIQLANDI
ABŞ Suriyada vurulacaq hədəflərin xəritəsini hazırlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyada Rusiya və İranın hərbi qüvvələrinin də yerləşdiyi 22 hərbi nöqtəyə zərbələrin endirilməsinin planını hazırlayıb.
Hədəflər arasında İranın dəstəklədiyi şiə mərkəzləri və rus hərbi birləşmələrinin mövcud olduğu Homs və Tartusdakı hərbi bazalar da var. Zərbələr zamanı ABŞ, Fransa, İngiltərə və İsrail hərbi qüvvələri birgə hərəkət edəcək. Əməliyyatların qarşıdakı 20 gün ərzində həyata keçiriləcəyi gözlənilir.
Həmçinin hədəflər arasında hava limanları, Haseke, Deyr ə-Zor və Rəqqa əyalətlərindəki hərbi bazalar da yer alır.