Seçki gününün havası - 23 DƏRƏCƏ İSTİ

Bakıda və Abşeron yarımadasında aprelin 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 16-21 dərəcə, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında aprelin 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 5-10, gündüz 18-23 dərəcə, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd