İranda dollar "kəllə-çarxa" qalxdı - VƏTƏNDAŞLARA SƏRT XƏBƏRDARLIQ

İran ölkədə dolların bahalaşmasına qarşı addımlar atmağa başlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, milli valyutanın dollar qarşısında zəifləməsini əngəlləmək üçün 1 dolların məzənnəsi 42 min rial müəyyən olunub.

 

Vitse-prezident İshaq Cahangiri qərarın prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilən toplantıda qəbul edildiyini bildirib. O eyni zamanda ölkənin valyuta təminatında çətinlik olmadığını, qanunsuz pul ticarəti ilə məşğul olanların isə sərt cəzalandırılacağını bildirib.

 

Qeyd edək ki, rial son həftələrdə kəskin ucuzlaşıb. Hətta son həftə ərzində 1 dollar 60 min rialdan da baha qiymətə satılıb.

Müəllif | Apa.Tv
Apa.tv