Türkiyənin müdafiə naziri: "Afrini Suriyanın seçilmiş hökumətinə təhvil verəcəyik"

"Afrində terror təhlükəsi davam edir, işimiz bitənə qədər orda qalmağa davam edəcəyik".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Nurettin Canikli bəyan edib.

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Türkiyə Afrini Suriya hökumətinə təhvil verməlidir" fikrinə münasibət bildirən Canikli "bölgədəki terror təhlükəsi tamamilə aradan qalxandan sonra Afrini seçilmiş hökumətə təslim edəcəyik" deyib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı