Yunan hərbçilər Türkiyə helikopterinə atəş açdı

Yunanıstan hərbçiləri Türkiyəyə məxsus helikopterə xəbərdarlıq atəşi açıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə yunan mətbuatı xəbər yayıb.

 

Helikopter Aralıq dənizinin şərqində Qızılhisardan Ro adası istiqamətində uçub. Normadan az məsafədə uçan helikopterə yunan əsgərləri atəş açıb.


Yunanıstan Müdafiə Nazirliyi helikopterə beynəlxalq təhlükəsizlik qaydalarına uyğun olaraq xəbərdarlıq atəşinin açılmasını düzgün hesab edir.
 

Hadisə ilə bağlı Türkiyə tərəfi heç bir açıqlama verməyib.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı