Hacıqabulda 23 yaşlı qadın intihar edib

Hacıqabul sakini özünü asaraq intihar edib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızı özünü asıb.

 

İntiharın səbəbləri hələlik məlum deyil. Onun bir uşaq anası olduğu bildirilir.

 

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı