ABŞ döyüş gəmilərini Suriya sahillərini yolladı - GƏMİLƏRDƏ 6500 HƏRBÇİ VAR

ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus "Harri Trumen" aviadaşıyıcısı bir neçə hücum gəmisinin müşayiəti ilə  Virciniya ştatındakı daimi dislokasiya məntəqəsini tərk edərək Aralıq dənizinə yola düşüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, dislokasiya yerini dəyişən gəmilər sırasında "Normandiya" raket kreyseri, "Arli Berk", "Balkerey", "Forest Şterman" və "Farraqut" raket esminesləri var. Bir müddət sonra "Ceyson Danem" və "Sallivans" esmineslərinin də onlara qoşulacağı qeyd edilir. Adı çəkilən  gəmilərin göyərtəsində ümumilikdə 6500 hərbçinin olduğu qeyd olunur.

 

Almaniya Hərbi-Dəniz Qüvvələrinə məxsus "Gessen" freqatının da regiona yollanacağı bildirilir.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı