Azərbaycanda prezident seçkilərində səsvermə başladı

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində səsvermə başlayıb.

 

APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.

 

MSK sədri seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.

 

Sonra MSK sədri səsvermənin başlandığını elan edib.

 

Dövlət himninin səslənməsi ilə səsverməyə start verilib.

 

Mərkəzi Seçki Komissiyası səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə - 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar yayacaq. Bu məlumatlar APA TV vasitəsilə də canlı yayımlanacaq.

 

Səsvermə saat 19.00-da başa çatacaq. Bundan sonra səslərin sayılmasına başlanacaq.

Müəllif | Apa.Tv
Nigar Həsənli