Vəliəhdlə Makron anlaşdı - SƏUDİYYƏ SURİYAYA QARŞI MÜHARİBƏYƏ QOŞULACAQ
Fransa prezidenti ölkəsinin Suriyaya hərbi müdaxilə edəcəyinin siqnallarını verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Emmanuel Makron ilkin hədəflərinin Suriyadakı kimyəvi silah anbarlarının olacağını deyib.
Hazırda bu istiqamətdə ABŞ və Böyük Britaniya ilə müzakirələr apardığını gizlətməyən Emmanuel Makron son qərarını yaxın günlərdə açıqlayacağını bildirib.
Maraqlıdır ki, Fransa prezidenti bu bəyanatını Parisdə səfərdə olan Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşündən sonra açıqlayıb.
Yeri gəlmişkən vəliəhd də bu müdaxilədə ölkəsinin beynəlxalq koalisiya ilə bir sırada olacağını vurğulayıb.