AŞPA missiyası müşahidəyə start verib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası prezident seçkilərini müşahidəyə start verib.

 

APA TV-nin məlumatına görə, rumıniyalı parlamentar Viorel Rişard Badeanın rəhbərlik etdiyi missiyanın üzvləri Bakıda və regionlarda səsvermə prosesini izləməyə başlayıblar.

 

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 20 saylı Nərimanov II Seçki Dairəsinin 5 saylı məntəqəsində səsvermə prosesini izləyib. O, APA TV-yə açıqlamasında səsvermə prosesinin çox yaxşı təşkil edildiyini və səsvermədə çoxlu sayda insanın iştirak etdiyini bildirib.


Qeyd edək ki, müşahidə missiyasının üzvləri Bakı, Bakıətrafı və bir çox regionlarda səsvermə prosesini izləyəcək.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı