Beynəlxalq müşahidəçilər səsvermə prosesini necə qiymətləndirir? - SORĞU
“Səsvermənin gedişi ilə bağlı təəssüratlarımız olduqca müsbətdir”. Bu açıqlamanı APA TV-yə Fransa Senatının üzvü Mişel Alme verib.
"Bu, hələlik müşahidə apardığımız ilk məntəqədir. Buna baxmayaraq təəssüratlarımız olduqca müsbətdir. Hələlik qanun pozuntuları qeydə almamışıq. Məntəqəyə daxil olduğumuz zaman məntəqə sədri bizi seçkilərin gedişatı ilə tam məlumatlandırdı. Günün sonunda səsvermə bitdikdən sonra seçkilərlə bağlı yekun fikrimizi bildirəcəyik" - deyə o qeyd edib.
Böyük Britaniya parlamentinin üzvü Lord David Çarlz seçki prosesinin yüksək səviyyəyə təşkil olunduğunu deyib: "Biz Böyük Britaniya parlamentini təmsil edirik. Onu qeyd edim ki, ölkələrimiz arasında çox gözəl münasibətlər var. Seçki prossesi yüksək səviyyədə təşkil olunub, insanların fəallığı normaldır. Sizə bu seçkilərdə uğurlar arzulayıram".
Bolqarıstan parlamentinin üzvü Hamid Hamid Azərbaycanda seçki sisteminin inkişaf etdiyini deyib: “Hələlik yekun fikir bildirmək üçün olduqca tezdir, ancaq müşahidələrimiz göstərir ki, seçkilər normal şəkildə gedir və heç bir çətinlik yoxdur. İnsanlar da olduqca sakit və təhlükəsiz şəkildə səsvermədə iştirak edirlər. Mən bundan öncə də Azərbaycanda parlament seçkilərini və referendumu müşahidə etmişəm. Ölkədə seçki sistemi günü gündən inkişaf edir".
Slovakiya parlamentinin üzvü Marsek Peter müşahidə apardıqları dövrdə qanun pozuntularına rast gəlmədiklərini vurğulayıb: “Hazırda seçki prosesinin izləyirik. Qeyri-qanuni hallar aşkar etməmişik. Dünən biz bir neçə seçici ilə söhbət apardıq. Nəticə etibarı ilə deyə bilərik ki, ölkədə seçkilərə maraq yüksəkdir".
Azərbaycan - İsrail hüquq mərkəzinin eksperti də seçkilərin Avropa standartlarına uyğun şəkildə aparıldığını qeyd edib: