Əlcəzairdə dəhşətli təyyarə qəzası - 200 ÖLÜ
Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, qəza nəticəsində 200-ə yaxın hərbçi ölüb.
Hadisə Əlcəzairin şimalında Blida vilayətində yerləşən Bufariq hava limanı yaxınlarında baş verib. Təyyarədə hərbiçilərlə yanaşı sivil vətəndaşlar da olub.
Qeyd edək ki, yerli mətbuat orqanları qəzanın baş verməsinə texniki nasazlığın səbəb olduğunu bildirir.