Çavuşoğlu Rusiyanın sözünü demədi: "Əsəd kimyəvi silahdan ilk dəfə istifadə etmir"
"Əsəd Suriyanın rəhbərliyindən getməlidir". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
"O getməlidir. Bəşər Əsəd rejimi ilk dəfə deyil kimyəvi silahdan istifadə edir. 1 milyona yaxın insanın qatilidir. Suriyada proseslərin siyasi müstəviyə keçməsi vacibdir" - deyə o qeyd edib.
"O getməlidir. Bəşər Əsəd rejimi ilk dəfə deyil kimyəvi silahdan istifadə edir. 1 milyona yaxın insanın qatilidir. Suriyada proseslərin siyasi müstəviyə keçməsi vacibdir" - deyə o qeyd edib.
Diplomat Fransanın Suriya məsələsində ölkəsi ilə təmasa keçmək istədiyini və bu müzakirələrin baş tutacağını bildirib.