Ermənistan parlamentində fişəng yandırıldı - ETİRAZ

Ermənistan parlamentinin bu günkü iclasında "Yelk" fraksiyasının deputatı Ararat Mirzoyan vətəndaşları aprelin 13-də kütləvi şəkildə İrəvanın azadlıq meydanına toplaşmağa çağırıb.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, çıxışını bitirdikdən sonra A. Mirzoyan əlindəki fişəngləri alovlandırıb.

 

Bir qədər sonra ona həmkarı Lena Nazaryan da qoşulub.

 

Qeyd edək ki, "Yelk" blokuna daxil olan "Vətəndaş anlaşması" partiyası sabiq prezident Serj Sarkisyanın hakimiyyətdə qalması əleyhinə "Mənim addımım" adlı etiraz kampaniyası keçirib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov