Zahid Oruc səsvermədə iştirak edib
Prezidentliyə namizəd Zahid Oruc səsvermə hüququndan istifadə edib.
APA TV-nin xəbərinə görə, o, ailə üzvləri ilə birgə 23 Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsinə gələrək səs verib.
Z.Oruc jurnalistlərə açıqlamasında bildirib ki, seçkilərdə heç kimin iradəsinə basqı yoxdur:
“Seçkidə yekun elə olmalıdır ki, heç kim özünü məğlub, çıxdaş edilmiş saymasın. Hesab edirəm, bu nöqteyi-nəzərdən yanaşsaq, elə bir şəxsin qalib gəlməsi lazımdır ki, milli birliyi təmin eləsin, dövlətimizin həyatında on illər ərzində davam edən inkişaf özünün axarını tapsın. Siyasi qüvvələr arasında olan düşmənçilik, qarşılıqlı ittihamlar aradan qalxsın, dünyada mürəkkəb situasiyaların Azərbaycana təsiri minimuma ensin, vətəndaşın istər iş, istər gəlirləri baxımından durumu daha da yaxşılaşsın. Əminəm ki, belə də olacaq”.