"Hazırlaş, Rusiya, raketlər gəlir!" - TRAMPDAN MÜHARİBƏ ANONSU
Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyi barədə anons verib.
APA TV-nin xəbərinə görə, ABŞ prezidenti bu barədə öz “Twitter” hesabında yazıb.
“Rusiya Suriyaya doğru buraxılacaq bütün raketləri vuracağını vəd edir. Hazırlaş, Rusiya! Ona görə ki, raketlər gələcək – yaxşı, yeni və “ağıllı” raketlər. Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan" - deyə Donald Tramp qeyd edib.