Bakıda 41 yaşlı QADIN MƏKTUB YAZIB, BİLƏKLƏRİNİ KƏSDİ
Bakıda 41 yaşlı qadın iş yoldaşlarını və yaxınlarını həyəcanlandıran addım atıb. APA TV-nin məlumatına görə, hadisə Bakının Yasamal rayonunda, "Tağıyev" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib. 41 yaşlı Tağıyeva Pərvanə Vaqif qızı iş yoldaşlarına övladlarını onlara etibar etdiyini deyib, sonra isə ofisin qapısını içəridən bağlayıb. Narahat olan iş yoldaşları ofisə gəliblər. Lakin onlar qapını aça bilməyiblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırılıblar.
Məlum olub ki, qadın intihara cəhd edib. O, bundan əvvəl məktub yazıb. Məktubda intihara cəhdinin səbəblərini göstərməyib. "Daha yaşaya bilmirəm. Məni başa düşün. Daşıya bilmədim bu yükü" - yazan qadın hansısa səhvə eyham vurur, səhv eləməməyə çalışsa da, oyuna gəldiyini bildirir. Pərvanə Tağıyeva "bu addımımda günahkar olanları bilirsiniz" deyə qeyd edib. Məktubda Nərmin adlı bir nəfərin adı çəkilir. Yaxınlarının APA TV-yə verdiyi məlumata görə, o, Pərvanə Tağıyevanın rəfiqəsidir.
Məktubu yazdıqdan sonra 41 yaşlı qadın stəkan qırığı ilə biləklərini doğrayıb və huşunu itirərək, yerə yıxılıb. Onu təcili tibbi yardım briqadasının həkimləri xilas ediblər.
Pərvanə Tağıyevanın özü hadisə ilə bağlı danışmaq istəməyib. Faktı Yasamal rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.