AJF "exit-poll"un ilkin nəticələrini bu axşam açıqlayacaq

Artıq 5-ci dəfədir ki, ABŞ-ın AJF təşkilatı Azərbaycandakı seçkilərlə bağlı "exit-poll" həyata keçirir. "Exit-poll"a 400 sorğuçu cəlb olunub. İlkin nəticələrin bu gün axşam saat 19:00-20:00 arasında açıqlanacağı bildirilir.

 

APA TV-nin xəbərinə görə, ABŞ-ın "Artur J.Finkelstein and Associates” (AJF) təşkilatının Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə keçirdiyi "exit-poll" səhər saat 08:00-dan etibarən başlayıb. Bunu təşkilatın rəhbəri Corc Brinbaum bildirib.

 

Onun sözlərinə görə, ölkənin hər yerindən "exit-poll"un nəticələri bu mərkəzə daxil olacaq. Ümumilikdə 40 seçki dairəsinin 200 seçki məntəqəsində “exit-poll” həyata keçirilir. Məlumatlar gün ərzində informasiya mərkəzinə 3 dəfə daxil olur. 20 supervayzer tərəfindən məlumatlar məntəqələrdən toplanaraq informasiya mərkəzinə ötürülür.

 

 

 

Müəllif | Apa.Tv
Leyla Behbudlu