"Artur J.Finkelstein and Associates”: “Exit-poll”un nəticələrinə görə, İlham Əliyev 85,57% səs toplayıb

Amerika Birləşmiş Ştatlarının "Artur J.Finkelstein and Associates” (AJF) təşkilatı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birlikdə Azərbaycandakı prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, təşkilatın rəhbəri Corc Birnbaum deyib ki, "Exit poll" 40 seçki dairəsində 200 seçki məntəqəsində keçirilib. Sorğuda əvvəlcədən təlimatlandırılmış 20 supervayzer, 400 intervyüçü, 30 operator iştirak edib.

 

Nəticələrə əsasən İlham Əliyev 85,57 faiz, Qüdrət Həsənquliyev 2.96 faiz, Zahid Oruc 2.92 faiz, Sərdar Cəlaloğlu 2.48 faiz, Hafiz Hacıyev 1.76 faiz, Fərəc Quliyev 1.52 faiz, Araz Əlizadə 1.42 faiz, Razi Nurullayev 1.37 səs qazanıb.

Müəllif | Apa.Tv
Apa.tv