“Exit-poll”un nəticələri açıqlandı: İlham Əliyev 84 faizdən çox səs toplayıb

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi "exit-poll"un ilkin nəticələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, nəticələrə əsasən, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev seçkilərdə  86,53% səs toplayıb. Namizədlərdən Qüdrət Həsənquliyev  3,1%, Zahid Oruc 2,92%, Sərdar Cəlaloğlu - 2,81%, Hafiz Hacıyev - 1,73%, Araz Əlizadə 1,21 %, Fərəc Quliyev - 1,03%, Razi Nurullayev - 0,67% səs toplayıb. "Exit-poll" Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər bütün bölgələrini əhatə edib.

 

"Rəy" Monitorinq Mərkəzi də prezident seçkiləri ilə bağlı 350 seçki məntəqəsində keçirdiyi "exit-poll"un nəticələrini açıqlayıb. Mərkəzin direktoru Rizvan Abbasov deyib ki, nəticələrə əsasən, İlham Əliyev 84.49 faiz səs toplayıb. Sorğu 48 seçki dairəsində aparılıb.

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası da prezident seçkilərində apardığı monitorinqin nəticələrini açıqlayıb. AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təşkilat 4 min müşahidəçi ilə seçki prosesini monitorinqi təşkil edilib. Məhərrəm Zülfüqarlı seçki prosesində heç bir ciddi qanun pozuntusu qeydə alınmadığını deyib.

 

Müəllif | Apa.Tv
Apa.tv