Məzahir Pənahov ilkin nəticəni açıqladı: "İlham Əliyev 86,09 faiz səs toplayıb"

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, MSK sədri bildirib ki, seçkinin ilkin nəticələrinə əsasən İlham Əliyev 86,09 faiz, Qüdrət Həsənquliyev 3,4  faiz, Sərdar Cəlaloğlu 2,97  faiz, Zahid Oruc 3, 07 faiz, Hafiz Hacıyev 1,51  faiz, Araz Əlizadə 1,4  faiz, Fərəc Quliyev 1,18  faiz, Razi Nurullayev 0, 74 faiz səs toplayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv