Skripalın qızı evə buraxıldı: "Lazım olsa səfirliyin yolunu bilirəm"
Britaniyada zəhərlənmə qalmaqalı ilə bağlı açıqlama yayılıb. APA TV xəbər verir ki, Skotlend-Yardın açıqlaması Solsberi şəhərindəki insident zamanı zərər çəkən Yuliya Skripalın adından yayılıb və onun, Rusiyanın bu ölkədəki səfirliyinin yardımına ehtiyac duymadığı bildirilib.
Məlumata görə, Rusiyanın diplomatik nümayəndəliyi tərəfindən sabiq polkovnikin qızına kömək təklifi edilib.
"Hazırda onların xidmətlərindən istifadə etmək istəmirəm, amma əgər fikrimi dəyişsəm, mən onlarla əlaqə saxlamağın yolunu bilirəm. Ən əsası etibarlı yerdəyəm və vaxt keçdikcə özümü daha yaxşı hiss edirəm", - deyə Yuliya Skripal bildirib.
Solsberi xəstəxanasından verilən son açıqlamaya görə, Yulia Skripal artıq evə buraxılıb və müalicəsi kənarda davam etdirilir. Onun atası Sergey Skripalın da səhhəti yaxşılaşmaq üzrədir və qısa zamanda o da evə buraxıla bilər.