Ağdamda avtomobillər toqquşdu, sürücü öldü
Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonunun Alıbəyli kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağcabədi rayonunun Poladlı kənd sakini Dadaşov Əli Hüseyn oğlunun idarə etdiyi "VAZ 21 011" markalı avtomobil Ağdamın Əfətli kənd sakini Məhərrəmov Şakir Ağarza oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə "VAZ 21 011"-in sürücüsü Əli Dadaşov hadisə yerində keçinib.
“Mercedes”in sürücüsü Şakir Məhərrəmov isə xəsarət alıb və Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.