İrana qaçdığı deyilən Əsədin harada olduğu ortaya çıxdı
Bəşər Əsəd Dəməşqdə təşkil edilən "Xalq Birliyi" adlı konfransda iştirak edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, tədbirdə çıxış edib, yeni elmi dərəcə alan ilahiyyatçılarla görüşüb.
Konfransda Misir, Əlcəzair, Tunis, Mərakeş, İraq, Livan, İndoneziya, Hindistan, Əfqanıstan və hətta Türkiyədən araşdırmaçıların olduğu bildirilir.
Xatırladaq ki, dünən İsrail mətbuatı Bəşər Əsədin ailəsi ilə birlikdə Suriyanı tərk edərək Tehrana qaçdığını yazmışdı.