Sergey Lebedev: "Seçkilər seçicilərin iradəsini tam ifadə edib"

"Azərbaycanın seçki qanunvericiliyi bütün norma və standartlara uyğundur və prezident seçkiləri Seçki Məcəlləsinə uyğun keçirilib".

 

APA TV-nin məlumatına görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev müşahidə missiyasının mətbuat konfransında bildirib: "İlk təəssüratımız belədir ki, seçkilər yaxşı təşkil olunub və uğurla keçirilib. Aprelin 11-də 1817 seçki məntəqəsində olduq. Məntəqələrdə bayram əhval-ruhiyyəsi gördük. Belə nəticəyə gəldik ki, seçkilər şəffaf, azad və ədalətli keçirilib və seçicilərin iradəsini tam ifadə edib".

 

Missiyanın üzvü İlyas Umaxanov da səsvermənin təşkili və keçirilməsi ilə bağlı görülən işləri təqdir edib: "Azərbaycan həm seçki qanunvericiliyi, həm də seçkilərin idarəolunması sistemini müasirləşdirməkdə davam edir ki, bu da təşviqatın mükəmməl keçirilməsində özünü göstərdi".

 

Digər müşahidəçilər də monitorinq apardıqları məntəqələrdə səsvermənin təşkili, habelə keçirilməsində hər hansı neqativ halla rastlaşmadıqlarını bildirdilər.

Müəllif | Apa.Tv
Apa.tv