MSK: Prezident seçkilərində seçici fəallığı 74,30 faiz olub
Aprelin 11-də keçirilən prezident seçkiləri ilə bağlı bülletenlər tam sayılandan sonra seçici fəallığı açıqlanıb.
APA TV-nin məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, prezident seçkilərində seçici fəallığı 74,30 faiz olub.
MSK sədri deyib ki, 3 milyon 962 min 123 seçici səs verib, 3 milyon 962 min 96 bülleten sayılıb.
Aprelin 11-də keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsinin hamısı hesabat verib.
MSK sədri səsvermə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə də münasibət bildirib. Məzahir Pənahov həmin məlumatların yoxlandığını, heç birinin təsdiqini tapmadığını söyləyib.