Türkiyə Suriya əməliyyatında ABŞ-ın yanında olacaq? - AÇIQLAMA
"Aprelin 7-də Suriyada Duma şəhərinə qarşı hücumun rejim qüvvələri tərəfindən həyata keçirildiyinə dair güclü şübhələr var. Kimyəvi silah hücumları insanlığa qarşı cinayətdir, təkrarlanmaması üçün günahkarların cəzalandırılması lazımdır".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib. O bildirib ki, Suriyadakı gərginliyin azaldılması üçün ABŞ-ın BMT-də təqdim etdiyi qərar layihəsinin rədd edilməsi qaçırılmış fürsətdir.
XİN sözçüsü "ABŞ Suriyaya hücum edərsə, Türkiyə bu əməliyyatı dəstəkləyəcəkmi?" sualına "görək, hadisələrin inkişafı bizə nəyi göstərəcək, prosesi yaxından izləməyə davam edirik" cavabını verib.
Əməliyyatda Türkiyədəki İncirlik hərbi bazasından istifadə edilib-edilməyəcəyi barədə sualı cavablandıran H. Aksoy bu məsələnin bazar ertəsi NATO baş katibi Yens Stoltenberqin Ankaraya səfəri zamanı müzakirə olunacağını söyləyib.